Hüseynbala Mirələmov: “Darıxıram”

“Parlamentlə bağlı xoş xatirələrim var. Orada bərkimişəm. Siyasi cəhətdən tam olaraq parlamentdə formalaşmışam. 15 il parlamentdə təmsil olunmaq zarafat deyil. Əlbəttə, parlament üçün darıxıram”.

AKTUAL TV -nin xəbərinə görə, bunu sabiq deputat Hüseynbala Mirələmov deyib.

O, bildirib ki, Yeni Azərbaycan Partiyasının üzvü olaraq seçkilərdə öz iradəsi ilə iştirak etmir: “Partiyamız kimi məsləhət bilirsə, onun da namizədliyi irəli sürülür və həmin şəxslər də mübarizəyə qoşulur. Əgər partiyamız  yenidən mənə etimad göstərib namizədliyimi irəli sürərsə, nə ixtiyarım var ki, getməyim! Bu sadəcə olaraq partiyamızın qərarı ilə olan məsələdir. Kimi məsləhət bilsələr, o da böyük məmnuniyyətlə seçkilərə gedəcək. Hesab edirəm ki, bu, partiyanın tapşırığıdır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]