Aygün Kazımova karantinə alınıb

“Elə insanlar var ki, koronavirusun gerçəkliyinə inanmırlar. Etiraf edirəm ki, bu hadisə başıma gəlməyincə mən də inanmırdım”.

AKTUAL TV xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova sosial şəbəkədə paylaşdığı videoda deyib.

Sənətçi köməkçisi və onun ailəsinin koronavirusa yoluxduğunu bildirib:

“Birinci köməkçim, daha sonra anası, bacısı və bütün ailəsi yoluxdu. Hətta köməkçimin ad gününü həkimlər xəstəxanada keçirdilər. Həmin müddətdə mən də karatində oldum. Çox sevdiyimiz Bəhram Bağırzadə də yoluxub. Birinci xanım Mehriban Əliyeva sağ olsun ki, onun səhhətini xüsusi diqqət mərkəzində saxlayır. Allah dostumuza şəfa versin. Koronavirusa yoluxan hər bir azərbaycanlıya tezliklə şəfa diləyirəm. Biz bu çətinliyin öhtəsindən birlikdə gələcəyik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]