AKTUAL TV xəbər verir ki, millət vəkili Şahin Seyidzadə sosial şəbəkədə paylaşıb.
Abşeron (Novxanı kəndi və Saray qəsəbəsi) və Qobustan (Qobustan şəhəri, Nabur, Nərimankənd, Poladlı, Sündü, Xilmilli kəndləri) rayonları üzrə daxil olan təhsil, hüquq, sağlamlıq, sosial, infrastruktur, torpaq və əmlak məsələləri istiqamətli müraciətlər əsasında 9 seçicimiz videoqəbulda iştirak edərək öz müraciətlərini ətraflı səsləndirib.
Pandemiya ilə əlaqədar olaraq seçicilərimizlə görüşlər xüsusi karantin rejiminin tələblərini nəzərə alaraq və sağlamlığın qorunması məqsədi ilə hal-hazırda onlayn formada zənglər əsasında həyata keçirilir.