“Əgər Mehriban xanımın adından bu məlumat yayılıbsa, demək ki, hər şey yaxşı olacaq…”-YENİLƏNİB

“Təki bu xəbər doğru olsun, Mehriban xanım bizim Azərbaycanın çox böyük bir xeyirxah insanıdır. Onun xətrini çox istəyirik”

“Palmali” şirkətinin ictimai əlaqələr departamentindən AKTUAL TV-yə bunlar bildirildi:

“Təbii ki, biz də istəyərdik ki, belə bir dəstək alaq. Bu, yalnız Palmali ailəsini deyil, Mübariz Mənsimov sevənləri çox sevindirərdi, amma bu tərz xəbərlər rəsmi olmadığı üçün insanlardan ümidlənməməyi xahiş edirik. Söhbət Azərbaycanın Birinci xanımından, ölkənin Birinci vitse-prezidentindən gedir və onunla bağlı məlumatlar mütləq rəsmi şəkildə açıqlanır.

“Palmali” şirkətinə belə rəsmi xəbər daxil olmayıb. Bugünə qədər həm Azərbaycan, həm də Türkiyə rəhbərliyinə çoxsaylı müraciətlər olsa da, hələlik bunlara heç bir cavab verilməyib. Onu da qeyd edirik ki, belə bir həssas dönəmdə dəqiqləşdirilməmiş rəsmi olmayan məlumatların yayılması ümumi işimizə yalnız mənfi təsir göstərə bilər. Bir daha hər kəsdən rica edirik ki, maksimum dərəcədə diqqətli, ehtiyyatlı olaq.”

27.06.2020 18:11

***

“Təki bu xəbər doğru olsun, Mehriban xanım bizim Azərbaycanın çox böyük bir xeyirxah insanıdır. Onun xətrini çox istəyirik”

AKTUAL TV -nin xəbərinə görə, bunu Əməkdar artist Baloğlan Əşrəfov deyib.

O, iş adamı Mübariz Mənsimova Birinci vitse-prezident Mehriban Əliyevanın dəstək olmasıyla bağlı yayılan xəbərlərə sevindiyini bildirib: “Birinci vitse-prezident Mehriban Əliyevanın Mübariz bəyə dəstək olmasıyla bağlı məlumatları mən də sosial şəbəkələrdən oxudum. Bundan sonra yaxın adamlardan bunu soraqladım və onlar da bu haqda eşitdiklərini bildirdilər. Təki bu xəbər doğru olsun, Mehriban xanım bizim Azərbaycanın çox böyük bir xeyirxah insanıdır. Onun xətrini çox istəyirik. Əgər bu doğrudursa, Mehriban xanım dəstək olacaq. Mübariz bəylə yayılan bütün yaxşı xəbərləri alqışlayıram. Allah hamıya can sağlığı versin, siz jurnalistlərə də təşəkkür edirəm ki, Mübariz bəylə maraqlanırsınız. Düşünürəm ki, əgər Mehriban xanımın adından bu məlumat yayılıbsa, demək ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlarda Birinci vitse-prezident Mehriban Əliyevanın həbsdə olan iş adamı Mübariz Mənsimova dəstək olduğu bildirilir. Bu münasibətlə insanlar Mehriban xanıma öz təşəkkürlərini bildiriblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]