Fazil Mustafa: “Ermənistan ən azı susqun qalmaqla etinasızlığını büruzə verməməliydi”

“Görünür, Ermənistanın xarici siyasətində praqmatizm tamamilə ortadan qalxıb. Qoşulmama hərəkatının rəhbəri kimi Azərbaycan prezidenti tərəfindən BMT Baş Assambleyasının COVİD-19-la bağlı qlobal problemin müzakirəsi məqsədilə xüsusi sessiyasının online qaydada keçirilməsi təşəbbüsünün göstərilməsi özlüyündə bütün dünya ölkələrinin maraqlarına cavab verən addımdır”.

AKTUAL TV -nin xəbərinə görə, bunu deputat Fazil Mustafa deyib.

“Cənab İlham Əliyevin vaxtı doğru seçməsi və taktiki addım olaraq təşəbbüs ideyasını öz üzərinə götürməsi bəzi dövlətlər, o cümlədən ermənilər üçün arzuolunmaz sayıla bilər. Bununla yanaşı, belə ideyalara əsas göstərmədən, ciddi bəhanə olmadan qarşı çıxmaq başlanğıcdan uğursuz gediş kimi qiymətləndiriləcək. Ermənistan ən azı susqun qalmaqla özünün qlobal problemə etinasızlığını büruzə verməməliydi. Bu əslində prezident İlham Əliyevə imkan verir ki, baş tutacaq sessiyada çıxışında Ermənistanən işğalçı dövlət kimi bütün humanist ideyalara qarşı çıxmasının sübutu kimi bu fakta diqqət yönəltsin. Ümumilikdə isə BMT sessiyasının Azərbaycan prezidentinin təşəbbüsü ilə çağırılması ölkəmizin imici baxımından olduqca əhəmiyyətli bir hadisədir və dünya siyasətində bu cür aktiv rol almamız ümumi işimizin faydasınadır. Pandemiyanın yayıldığı dövrdən başlayaraq bu cür təşəbbüslərin öncüllüyünü öz üzərinə götürmə ənənəsini davam etdirmək vacibdir, çünki hər bir tribunadan təbliğat məqsədi ilə istifadə etməmiz özlüyündə xarici diplomatiyamızın çoxşaxəli təsir imkanlarını artırır” – F.Mustafa qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]