AKTUAL TV -nin xəbərinə görə, bunu jurnalist Jalə Mütəllimova deyib.
J.Mütəllimova bildirib ki, yoluxmuş xəstələrin köçürülməsini nəzərdə tutulan Zərdab şəhər xəstəxanasının kanalizasiyası, Zərdabı Gəlmə kəndindən ayıran Qarasu çayına tökülür: “Bu çay “Kür”ün xırda qoludur. Və elə Zərdabda “Kür”ə birləşir. Yəni xəstəxanada müalicə olunacaq xəsətələrin kanalizasiyası “Kür”ə axıdılacaq. Etməyin, a kişi, yazıqdır bu millət. İnfeksion xəstələrin müalicəsi ilə məşğul olacaq xəstəxananın kanalizasiyasının axacaq o sudan milyonlarla adam içməli su kimi istifadə eləyir axı…”
Məsələyə rəsmi qurumlar münasibət bildirməyib.