AKTUAL TV -nin məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və Şərtləri”ndə dəyişiklik edib.
Qüvvədə olan Qaydalara əsasən, baytarlıq xidmətlərinin göstərilməsinə görə alınan məbləğin miqdarı Tarif Şurası tərəfindən müəyyən edilib.