Azərbaycanda qardaş qardaşı güllələdi

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

AKTUAL TV -nin xəbərinə görə, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A.Vəliyev dünyasını dəyişib.

Hadisəni törədən şəxs saxlanılıb. Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]