AKTUAL TV -nin xəbərinə görə, birliyin əməkdaşları Goranboy Xidmət sahəsində abonent bazasında qeydiyyatda olmaqla Goranboy rayonunun, Aşağı Ağcakənd qəsəbəsində yaşayan Vüqar Kərimova 3875,20 manat borc yazıblar.
Bundan sonra tərəflər arasında Xocalı rayon Məhkəməsində çəkişmə başlanıb.
Məhkəmə araşdırması aparılan zaman “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri vətəndaşa yazılmış 3875,20 manat borcun 1837,9 manat hissəsi silinib.
Bundan sonra Xocalı rayon Məhkəməsi vətəndaşın “Azəriqaz” İstiehsalat Birliyinə 2,042,50 manat məbləğində debitor borc olması nəticəsinə gəlib və həmin borcun vətəndaşdan tutularaq “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə çıxarılıb.
Bu qətanmənin çıxarılmsından narazı qalan vətəndaş apellyasiya şikayəti verib. O, qeyd edib ki, “Azəriqaz” İstehsalat Birliyinə borcu 698.50 manat təşkil edir. O, həmin məğbləğdə pulu ödəməyə hazır olduğunu göstərib.
Vətəndaşın şikayəti araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib.
Hakim Fikrət Mehdiyevin sədrliyi ilə aparılan araşdırmadan sonra qərar qəbul edilib.
Vüqar Kərimovdan 2,042,50 manat məbləğində debitor borcun “Azəriqaz” İB-nin xeyrinə tutulması hissəsində məhkəmə qətnaməsi dəyişdirilib. Vüqar Kərimovdan 698.50 manat məbləğində debitor borc “Azəriqaz” İB-nin xeyrinə tutulması barədə qərar verilib.