Amma pandemiya dövründə Azərbaycanda əhalinin sosial durumunun yaxşılaşdırılması, iqtisadiyyatın, biznesin dayanıqlığının təmin edilməsi üçün atılan addımlar göz qabağındadır. Bu sahədə Ermənistanda olduqca acınacaqlı durum hökm sürür.
Ermənistanla Azərbaycanın sosial-iqtisadi inkişafı, regional və dünya siyasətində rolu və yeri arasında fərqlər aydın şəkildə görünür.
Vəziyyəti dəyərləndirən millət vəkili Musa Qasımlı AKTUAL TV -yə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Ermənistandakı durumla bağlı söylədikləri gerçəklikləri olduğu kimi əks etdirir. Deputat qeyd edib ki, hansı idealogiyanın və partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq Ermənistan cəmiyyətinin təməlində cinayətkarlar dayanıb:
“Bu çarizm dövründə də belə olub. Daşnak Ermənistanda və sovet dövründə, indiki Ermənistanda da həmin ənənə davam edir. Hələ çarizm sənədlərində yazılırdı ki, erməni cəmiyyətinin hazırladığı bir tip var. Bu terrorçudur, təhdid edən tipdir. 1991-ci ildən sonra Ermənistanda hakimiyyətə kim gəlibsə, hamısı cinayətkar olub. Erməni cəmiyyətinin nüvəsində cinayətkarlıq, korrupsiya və rüşvət dayanır. Ermənistandakı terror hadisəsi, ayrı-ayrı şəxslərin bir-birinə qarşı törətdiyi hərəkətlərin hamısı erməni cəmiyyətinin mahiyyətini açır”.
M.Qasımlı bildirib ki, koronavirus pandemiyası ilə bağlı Ermənistanla Azərbaycanı müqayisə etmək düzgün olmazdı. Azərbaycan hakimiyyəti həm vətəndaşların sağlamlığını qorumaqdan ötrü addımlar atır, həm sosial layihələri həyata keçirdi:
“Heydər Əliyev fondu tərəfindən ərzaq yardımları edildi. Böhranlı vəziyyətdə yeni fabrik və zavodlar açıldı, xəstəxanalar istifadəyə verildi. Bunlarla yanaşı cənab Prezidentin sərəncamı ilə ayrı-ayrı rayonların təbii qaz və su ilə təmin edilməsi, asfalt yolların çəkilməsinə dair vəsaitlər ayrıldı. Belə məqamda Ermənistan hakimiyyətinin demokratiyadan danışmağa mənəvi haqqı yoxdur. Çünki Sarkisyandan əvvəl Köçəryan hakimiyyətə necə gəlmişdisə, Paşinyan da həmin çevriliş yolu ilə hakimiyyətə gəlib”.