Bu müddətdən sonra rayonlara gediş-gəliş olacaq

“Rayonlara gediş-gəlişlə bağlı məsələ müzakirə olunurdu. Lakin epidemioloji sahədə ixtisaslaşan insanların əsas fikri ondan ibarətdir ki, istənilən epidemiyanın qarşısını almaq üçün o epidemiyanın lokallaşdırılması və izolyasiya olunması ilə həyata keçirilir”.

AKTUAL TV -nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, pandemiyanın qarşısının alınması üçün hər bir virusa yoluxan insanın tapılması və izolyasiya olunması, özünütəcridi təmin edilməlidir: “Bunu etməsək, pandemiya daim davam edəcək. Təsəvvür edin ki, 10 nəfər xəstələnibsə, onun 9-u sağalıb, 1 nəfər qalıbsa, o artıq 13 gündür xəstədir, 14-cü gün sağalacaq, o adam həmin gün gedib marketdə 10 nəfəri də yoluxdursa, bu o deməkdir ki, biz yenidən ilk günə qayıtdıq. Bu, çox vacib məsələ olduğu üçün rayonlara gediş-gəlişin açılması koronavirusun yayılmasının təşviq edilməsi kimi bir şeydir. Bu zaman virus bütün rayonlara yayılacaq, onun nəzarətə götürülməsi də çətinləşəcək. Başa düşürəm ki, bu, hamını narahat edən məsələdir, amma bir az dözümlü olmaq lazımdır ki, koronavirusun yayılmasının qarşısı alınsın, lokallaşdırılsın, insanlar özünü təcrid etsin. Müəyyən səviyyəyə endikdən, narıncı zonanın sarı zona statusunu almasından sonra təbii ki, rayonlararası hərəkət də açılacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]