Lerikdə direktor müavini qəzada öldü

Bu gün Lerik rayonunda ağır yol qəzasında ölən şəxslərdən biri müəllim imiş.

AKTUAL TV xəbər verir ki, ağır qəza rayonun Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, “UAZ” markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxslərdən biri – 1996-cı il təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev Lerik rayon Ləkər kənd ümumi orta məktəbində direktor müavini və fiziki tərbiyə müəllimi imiş.

Həmçinin T. Əliyev öz ixtisası üzrə test vəsaitinin də müəllifi olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]