Ermənilər Azərbaycana qarşı yenidən ərazi iddiası irəli sürdü

Azərbaycan ərazisini işğal altında saxlayan Ermənistan rəhbərliyi Azərbaycan qarşı yeni ərazi iddiası irəli sürüb.

AKTUAL TV xəbər verir ki, rəsmi Yerevan ərazi iddialarını işğal altındakı torpaqlarda yaratdığı qondarma rejimin dili ilə səsləndirib.

Səslənən açıqlamada Azərbaycanın keçmiş Ağdərə rayonunun (indiki Tərtər rayonunu ərazisi) və Xocavənd rayonunun bir hissəsini, həmçinin, keçmiş Şaumyan rayonunun (indiki Goranboy rayonu) bütün ərazisini nəzarətdə saxladığını bildirilib. Ermənistan tərəfi həmin ərazilərin ümumi saəhsinin min kvadrat metrdən çox olduğunu açıqlayıb.

Xatırladaq ki, rəsmi Yerevan qondarma Qarabağ rejimi vasitəsilə son aylarda Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməyə başlayıb. Qondarma rejimin bəyanatı isə 1992-ci il iyulun 4-də Azərbaycan ordusunun keçmiş Ağdərə rayonunun mərkəzini işğalçılardan azad etməsi münasibətilə səslənib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]