İş icazəsi ilə İsmayıllıya istirahətə gedənlər cərimələniblər

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq istirahətə gələn şəxslər barəsində qanunauyğun müvafiq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AKTUAL TV -yə verilən məlumata görə, şəxsi nəqliyyat vasitələri ilə İsmayıllı rayonu ərazisinə gələnlər yoxlanılıb və bəzilərinin icazəsiz gəldikləri müəyyən olunub. Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Bu istiqamətdə tədbirlər İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qarşıdakı günlərdə də davam etdiriləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]