“MİLLİ DƏYƏRLƏRİN QORUNMASI” İCTİMAİ BİRLİYİ ““Mənəviyyat carçısı” SƏNƏDLİ FİLMİN ÇƏKİLMƏSİ” LAYİHƏSİNƏ START VERDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-cu il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyi layihəsinin icrasına start verib.

AKTUAL TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə adıçəkilən Qeyri-Hökumət Təşkilatı ““Azərbaycanın məşhur milyonçusu, xeyriyyəçi Ağa Musa Nağıyevin nəslinin sovet rejimi tərəfindən təzyiqlərə məruz qalmasından bəhs edən “Mənəviyyat carçısı” video çarxının çəkilməsi ” layihəsi çərçivəsində eyniadlı sənədli film üzərində işləyir.

Layihə çərçivəsində Azərbaycanın XX əsr tarixinin qaranlıq və öyrənilməmiş səhifələrindən olan milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəslinin sovet rejimi tərəfindən təzyiqlərə, işgəncələrə, hətta sürgünlərə məruz qalmaları barədə cəmiyyətə ətraflı və dəqiq faktlar əsasında məlumat veriləcək.

Layihənin rəhbəri milyonçunun nəvəsi, yazıçı-publisist Dilarə Nağıyeva-Muxtarovadır. “VətənTV” Media Şirkətində istehsal olunacaq filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Büllur Cavadqızıdır.

Layihə çərçivəsində tarixi reallıqlar və həqiqətlər əsasında çəkiləcək filmdə qarşıya qoyulan məqsəd, yeni nəslin nümayəndələrinə və ümumilikdə cəmiyyətə mesenat Ağa Musa Nağıyev barəsində, həm də onun irsi və mirası barədə düzgün məlumatların çatdırılmasına çalışmaqdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]