Həbs olunan bank sədrinin xaricdəki əmlakları üzə çıxdı

Bir neçə gün öncə həbs edilməsi ilə bağlı xəbər verdiyimiz “Zaminbank” ASC-nin sədri Nadir İsmayılov barəsində yeni detallar üzə çıxıb.

AKTUAL TV xəbər verir ki, N.İsmayılov Böyük Britaniyanın paytaxtı Londonda bir neçə obyekt, eləcə də 8 milyon funt sterlinq (17 mln AZN) dəyərində villanın sahibidir.

ASC sədrinin İstanbulda da bir neçə mülkünün olduğu bildirilir. Həmçinin qeyd edilir ki, o, Qazaxıstanda da biznes sahibidir.

Daxil olan məlumata əsasən, N.İsmayılov Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində restoranlar, obyektlər, tikinti şirkətləri, eləcə də şəhərciklərə malikdir.

Bildirilir ki,  bank rəhbəri Milli Məclisin keçmiş sədri Oqtay Əsədova yaxın insandır. N.İsmayılov rəhbərlik etdiyi bank vasitəsilə vəsait çıxararq sabiq sədrə Rusiyanın paytaxtında restoranlar əldə etməyə, eləcə də inşaat biznesi qurmağa  kömək edib.

ASC sədrinin sabiq baş prokuror Zakir Qaralovla da yaxın münasibətləri üzə çıxıb. Belə ki, N.İsmayılov eks-baş prokurora məxsus “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin vasitəsilə ölkə daxilindən vəsait çıxararaq ona xaricdə əmlak əldə etməyə kömək edib.

Bildirilir ki, “Zaminbank” ASC 4 il bundan öncə  müflis elan edilməsinə və haqqında çoxsaylı şikayətlərin olmasına, eləcə də maliyyə yeyintilərinə baxmayaraq, bu müddətdə bank sədrinin fəaliyyətinin araşdırılmamasına səbəb məhz onun Z.Qaralovla yaxın münasibətləri olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]