Azərbaycanın bir şəhər və üç rayonuna yeni prokuror təyin edildi

Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AKTUAL TV -yə verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə, Qabil Səfərova Mingəçevir şəhərinin, Fəxrəddin Pənahova Sabirabad, Kamran Əhmədova Xocavənd, Elnur Rüstəmova isə Füzuli rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi – idarə rəisinin müavini, Rəsul Həsənov isə Gəncə şəhər prokurorunun müavini vəzifələrinə təyin ediliblər.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]