DTX-nın saxladığı XİN məmuru Natiq Əliyevin qudasıdır – VİDEO

Xəbər verdiyimiz kimi, DTX-nın Xarici İşlər Nazirliyində apardığı yoxlamalar zamanı nazirliyin bir neçə vəzifəlisi saxlanılıb.

AKTUAL TV xəbər verir ki, saxlanılanlar arasında mərhum energetika naziri Natiq Əliyevin qudası da var. S.Əlizadə həm də müğənni Safura Əlizadənin atasıdır.
DTX-nın açıqladığı məlumata görə, XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri işləyən Səlim Əlizadənin və nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadənin XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. “Həmçinin, Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub” – deyə məlumatda bildirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]