Azərbaycanda məmurun övladı hovuzda boğuldu

Xaçmazda azyaşlı hovuzda çimərkən ehtiyatsızlıqdan boğulub.

AKTUAL TV -nin məlumatına görə, hadisə İstisu qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 2018-ci il təvəllüdlü, Aylin Abbas qızı Allahverdili yaşayış evinin həyətindəki hovuzda çimərkən nəzarətsiz qaldığından boğularaq ölüb.

Azyaşlının yaxınları uşağın həyatını xilas etmək üçün Xudat Təcili Tibbi yardım Stansiyasına müraciət etsə də, həkimlər azyaşlının hadisə yerində öldüyünü müəyyənləşdiriblər.

Qeyd edək ki, azyaşlının atası Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]