Bakıda yayılan kəskin qoxu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda yayılan kəskin qoxu ilə bağlı açıqlama yayıb.

ETSN-dən AKTUAL TV -yə verilən məlumata görə, Bakı şəhərinin Nərimanov və Binəqədi  rayonlarında ətrafa kəskin  iy-qoxunun yayılması ilə bağlı  ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

İy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdılığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

O qeyd edib ki, mütəxəssislər tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]