“Fairmont Baku” hotelində jurnalistləri təhqir edən gəncə 20 sutka həbs verildi

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən İsmayıl Babayevlə bağlı qərar çıxarılıb.

AKTUAL TV -nin xəbərinə görə, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, ötən gün 1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş İsmayıl Babayev “Fairmont Baku” hotelində istirahət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. O, hoteldən çıxarkən jurnalistləri təhqir edib.

Məlumata görə, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

Xatırladaq ki, bu, İ.Babayevin ilk qalmaqallı hadisəsi deyil. O, ötən il idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili digər 3 avtomobilə çırpmışdı.

Jurnalistləri təhqir edən iş adamının oğlu imiş - Fotolar

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]