Koronavirusa görə dövlətdən yardım alan deputatların adları açıqlandı

Bildiyimiz kimi, koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planının icrası çərçivəsində pandemiyanın zərər vurduğu sahələrdə fəaliyyəti göstərən sahibkarlara da dövlət tərəfindən maliyyə dəstəyi göstərilib.

AKTUAL TV -nin xəbərinə görə, dövlət büdcəsindən maliyyə yardımı alan sahibkarlar arasında Milli Məclisin deputatları da var.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Milli Məclisə deputat seçilən Aqil Abbas “Ədalət Qəzeti”nin (VÖEN – 1300456161) qanuni təmsilçisi kimi pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb.

16 saylı Yasamal ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilən Erkin Qədirli fərdi sahibkar olaraq (VÖEN – 1301471522) pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb.

84 saylı Füzuli seçki dairəsindən Milli Məclisə deputat seçilən Vüqar Bayramov fərdi sahibkar olaraq (VÖEN – 7500209182) pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]