“Ucuz maskalardan istifadəni məsləhət görmürəm” – Həkim

Son vaxtlar tibbi maskalarla bağlı şikayətlər artıb .

Maskanın ya ipi qırılır, ya da bu üzündən o üzü görünür. Özü də maya dəyərindən qat-qat baha qiymətə satılır. Qəribədir, insanlara maska taxmaq tövsiyə edilir, amma bu qoruyucu vasitənin keyfiyyəti nəzərə alınmır.

Məsələ barədə AKTUAL TV -yə fikrini bildirən Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla da narazılığını bildirib:

“Düzdür, keyfiyyətsiz maskalar var. Ancaq onların xarici, ya yerli istehsal olduğu bilinmir. Hər halda keyfiyyətsiz maskaları boykot etmək lazımdır. Ucuz, keyfiyyətsiz, standartlara cavab verməyən maskalardan istifadəni məsləhət görmürəm. Yaxşı olar ki, insanlar yuyula bilən maskalara üstünlük versinlər.  Onları sabunla yuduqdan sonra da istifadə etmək mümkündür”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]