Xoşqədəm Hidayətqızı və Doğuş sərt karantin rejimi qaydalarını pozdu — VİDEO

Ölkədə son iki ayda koronavirusa yoluxmanın artdığına görə, Baş Nazirin cümə günü imzaladığı qərarla Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadıldı. Sərt karantin rejimi müddətində, Bakı, Sumqayıt, Abşeron ərazisində qeydiyyatda olanların rayonlara gediş-gəlişi məhdudlaşdırıldı.

Ancaq buna baxmayaraq, bəzi məhşurlar sərt karantin rejimini pozaraq, rayonlara istirahətə yola düşürlər. Təbii ki, bu da insanların haqqlı narazılığına səbəb olur.


AKTUAL TV xəbər verir ki, bu günlərdə teleaparıcı Xoşqədəm Hidayətqızı ailəsi ilə birlikdə rayonların birində istirahət edir.


Teleaparıcının övladına aid sosial şəbəkə hesabında, istirahətlərini əks etdirən paylaşım etməsi izləyicilərinin diqqətindən yayınmayıb və aparıcının bu hərəkəti qınanılıb.


Aparıcını qınayanlardan biri də jurnalist Ramina Eyvazqızıdır. Jurnalist bu barədə iradını belə bildirib: “İşveren deyirlər, qoyun desinlər.Turkiyəli rayonlarımızda kef çəkəcək, biz də burda 4 divar arasında qalacağıq?? Doğuşu deyirəm e, arvadının yaşıl işığı hesabına gəzir özü üçün! Bu şəkli də arvadı cəkib. Ona olar, çünki o, bizdən “güclü” jurnalistika, şou jurnalistikasinı sırıya bildi!”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]