Azərbaycanda baş həkimin oğlu həbs edildi – BU ƏMƏLƏ GÖRƏ

İyulun 7-də Sabirabad şəhərində iki piyadanın ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AKTUAL TV -yə verilən məlumata görə, saat 13 radələrində şəhərin Muğan prospektində yolu keçən piyadalar Banı Əliyeva və qızı Hədiyyə sürücü Kamran Nəsirlinin idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə vurulub. Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.

İstintaq zamanı hadisə yerinə baxış keçirilib, şahid ifadələri alınıb və müvafiq ekspertizalar təyin edilib.

Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub. Ona Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham elan olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]