Daha iki rayonda sərtləşdirilmiş karantin rejimi tətbiq edildi – Baş Nazir qərar verdi

Goranboy və Göygöl rayonlarında da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

AKTUAL TV -nin məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib.

Qüvvədə olan qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib. Dəyişikliyə əsasən, artıq sərtləşdirilmiş xüsusi karantin rejimi yalnız Goranboy və Göygöl şəhərlərində deyil, ümumən bu rayonlarda tətbiq olunacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı bu gündən qüvvəyə minir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]