“Ramız Mehdiyevi çox yaxşı başa düşürəm, heç vaxt onun öz işi olmayıb”

“Ramiz Mehdiyevə təşəkkür! Dünənki açıqlamasında o, iki vacib suala aydınlıq gətirib.

Mətbuatda barəsində yazilanları təkzib etməyə çalışdığı mətnin sonunda deyir. “…dövlət başçısına həmişə olduğu kimi bütün sahələrdə köməklik göstərməyi özümə borc bilirəm”. Əslində, problemin, bütün süalların mənbəyini və cababını bu cümlədə axtarmaq lazımdır”.

AKTUAL TV -nin xəbərinə görə, bunu keçmiş deputat Alqış Musayev deyib.

A.Musayev deyib: “Bir adam bütün sahələr üzrə Prezidentə neçə kömək edə bilər? Bəlli olur ki, zamanında Ramiz Mehdiyev Adminstrasiyanın rəhbəri kimi bütün sahələrə “yaradıçı” müdaxilə edə bilib. Nəticə isə göz qabağndadır: idarəçiliyin bütün sahələrində problemlər xirtdəyə qədərdir… Ramiz Mehdiyev “son vaxtlar onu niyə tənqid edirlər? “sualını da cavabsız qoymayıb. Görünüən budur ki, o, yenə də özünü həmişəki kimi bütün sahələr üzrə yeganə mütəxəssis hesab edir. Və “kömək” etməyə hazır olduğunu açıq mətnlə dilə gətirir. Onu başa salmaq istəyirlər ki, sən artıq bütün sahələr üzrə əvəzedilməz köməkçi deyilsən, indi öz işinlə məğul ol. Və o, məhz öz işi ilə məşğul olmadığından tənqid hədəfinə çevrilir… Bu qədər sadə!.. Amma mən Ramız Mehdiyevi çox yaxşı başa düşürəm. Axı heç vaxt onun öz işi olmayıb”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]