Aqil Abbas: “Hazırda Qarabağdayam”

Xəbər verdiyimiz kimi, bir müddət öncə dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.

AKTUAL TV xəbər verir ki, Prezident nitqində bəzi vacib məsələlərə toxunmaqla yanaşı, həm də ATƏT -in Minsk Qrupunun münaqişə ilə bağlı mövqeyindən danışıb. Ölkə rəhbəri bildirib ki, Azərbaycan ATƏT-dən konkret addımlar gözləyir. 

Prezident Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır”  iddiasının əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst etdiyini, əhəmiyyətsizləşdirdiyini vurğulayıb. ATƏT Minsk Qrupunun bu ifadəyə səssiz qalması isə haqsızlıqdır. 

Sözügedən qurumun  Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı konkret münasibətini müstəqil şərh edən yazıçı, millət vəkili Aqil Abbasın fikrincə, biz ATƏT-lə münasibətlərimizə son qoymalıyıq: 

“Dövlət başçımız dəfələrlə bu mövzuya toxunub və ATƏT-in yarıtmaz vəziyyətindən söz açıb. Belə davam etsə, biz bu təsisatla münasibətlərimizi kəsəcəyik. Ümumiyyətlə, ancaq ATƏT-dən canımızı qurtardığımız təqdirdə, Qarabağı işğaldan azad edə bilərik”. 

A.Abbas dövlət başçısının uğurlu siyasətindən də söz açıb: “Cənab prezidentin bu müsahibəsi həm də hesabat idi. O, baş verənlər və gələcək planlar haqqında xalqa hesabat verdi. Mən hazırda Qarabağdayam. Seçicilərimlə görüşə gəlmişəm. Burada hamı Prezidentin siyasətini dəstəkləyir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]