“Azərişıq”dan daha bir şikayət: “Vətəndaşlara o qədər etinasız yanaşır ki…”

"Azərişıq" vətəndaşlara o qədər etinasız yanaşır ki, hansısa profilaktik işlərin görülməsi ilə əlaqədar bir neçə saatlıq elektrikin kəsiləcəyi barədə əvvəlcədən nə məlumat verir, nə də hansısa qəza baş verdiyinə görə saatlarla işıq yanmayanda bunun səbəbini açıqlayır.

AKTUAL TV -nin xəbərinə görə, bunu jurnalist Rəşad Vaqifoğlu deyib.

R.Vaqifoğlu bildirib ki, iyulun 8-də 37 dərəcə temperatur hava olan zaman 3 saat işıq yanmayıb: “Saat 20:30-da elektrik verdilər, yenidən söndürdülər. İndi hardan bilək, hansısa qəza baş verib, yoxsa səbəb nədir? Bütün qurumlar pis-yaxşı sosial şəbəkə üzərindən vətəndaşlarla əlaqə qurur. “Azərişıq” isə deyəsən “Facebook” səhifəsində bir cümləlik xəbərdarlıq, yaxud izahedici formada bir məlumat paylaşmağa ərinir”.

Qeyd edək ki, R.Vaqifoğlu Masazırda yaşayır. Sosial şəbəkədə yayılan məlumatlardan aydın olur ki, Abşeron rayonunda bu istiqamətdə problemlər daha qabarıq olur.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]