“Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanlar” İctimai Birliyi ““Gizir” sənədli filminin çəkilməsi layihəsinə start verdi

Şəhidimizin adı “Gizir” filmi ilə tarixə yazılacadır.

AKTUAL TV xəbər verir ki, Zərifə Əsgərov təşkilatın layihəsi haqda danışıb.Şəhid anası Zərifə xanım qeyd edib ki,Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanlar İctimai Birliyinin Vətən uğrunda qəhramancasına şəhid olmuş Vilayət Əsgərov haqda “Gizir” adlı filmin çəkilməsi adlı layihəsinin icrası başlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasnın maliyə dətəyi ilə həyata keçirəcəyimiz layihənin icrası üçün hazirlayacağimz təbliğat materialı vətən uğurunda şəhid olanların xatirəsinə ithaf ediləcək. Təbliğ etmək üçün seçdiyimiz qəhramanımız sözün əsil mənasında vətən aşiği, vətən üçün öldürməyi və ölməyi bacaran Vilayıt Əsgərovun həyatı örnək olmağa layiqdir.

Beləki onun qardaşıda Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlıqlarını itirblər. qarabağ əlilidir. Viayət Əsgərovun sənədləri Milli qəhramanlıq status verilməsi üçün hazırlansada sonradan bu məsələ naməlum səbəbdən təxirə salınıb. Güman edirik ki layihəmizin icrası məqəsdi hazırladığımız sənədli video materal qəhramanımız həyat və fəaliyyətinə abidə olacaqdır. Son zamanlar erməni kəşfiyyatının üzvlərinin sosial şəbəkələrdə azərbaycanlı adı ilə yaydıqları xoşagəlməz, Azərbaycan xalqının adına, döyüşçülərinə ləkə gətirən yazıların, saxta təbliğat materiallarının qoyulmasına qarşı mübarizə aparmaq üçün şəhidlrimizin adlarının əbədiləşdirlməsi onların ailələrinə verilən dəyər, qazilərimizlə görüşlərin keçirilməsi gənclər arasında çaşqınlığın aradan qaldırılmasına köməkdir.

Son zamanlar nərminlər və digərləri ölkədə qarışıqlıq yaratmağa çalışsalar. Qəhramanlarımızı ləkələməklə vətən sevgisi məhfumunu yalançı insanpərvərli duyğularına kökləməyi düşünürlər. Lakin bu bizim şəhid edilənlərimizi gözdən salmağa yonəlmiş təbilat olduğu üçün düşünürüki vətənpərvərlik məqsədi ilə aparılan təbliğatlar mənfi halların qarşısını alınmasında müsbət rol oynayır.

Təəsüflər olsun ki, hələdə orta təhsil ocaqlrının bəzilərində vətənpərvərlik mövzusuna önəm verməyən insanlar çalışır. Bizim apardığımız işlərin kökündə bu zehniyyətin tamamən aradan qaldırılmasına nail olmaq durur. Biz müharibə zamanı döyüşdən qaçanlara, ailəlikcə vətən uğrunda döyüşənləri nümunə gətirmək məqsədi ilə Vilayət Əsgərovu seçdik.Layihə rəhbəri VUŞAMQİB-nin sədri Zərifə Əsgərova, filmin rejissoru Etibar Məmmədov və redaktoru Büllur Cavadqızıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]