Moskvada və Kiyevdə ermənilərə cavab: Los Ancelesin və Brüsselin qisası alınır – VİDEO

Amerikanın Los Anceles, Belçikanın Brüssel şəhərlərində ermənilərin azərbaycanlıları vəhşicəsinə döyməsindən sonra dünyanın hər yerində azərbaycanlı-erməni münasibətləri son dərəcə gərginləşib.
  • 24/07/2020
  • 15:12

Azərbaycanlılar təbii olaraq bu haqsızlıqdan və erməni vandalizmindən qəzəbləniblər, nəticədə dünyanın müxtəlif şəhərlərində küçə döyüşləri əlbəyaxa toqquşmalar baş verir. Moskvada isə vəziyyət daha gərgindir. Belə ki, bu şəhərdə azərbaycanlıların sayı çoxdur və ermənilərin üstün gəlməsi mümkün deyil.

Çoxsaylı videolar daxil olmaqdadır. Həmin videolarda azərbaycanlı gənclər müəyyənləşdirdikləri erməni icmalarının lider və fəal üzvlərini döyürlər. Qeyd edək ki, indiyə qədər Dağlıq Qarabağ və ətraf bölgələrdə illərlə döyüşlərin getməsinə baxmayraq, konflikt Güney Qafqazdan kənara çıxmamışdı. Tovuz rayonunun ermənilər tərəfindən xaincə bombalanmasından sonra vəziyyət dəyişib və dünyanın harasında yaşamasından asılı olmayaraq, azərbaycanlılar bu haqsızlığa qarşı etirazlar püskürməyə başlaylblar.

Hətta Rusiyada fəaliyyət göstərən iri miqyaslı biznesmenlər də erməni həmkarları ilə bütün münasibətləri kəsiblər. İlk olaraq bu addımı Tovuz doğumlu, Rusiya prezidentinin dostu professor İlham Rəhimov atıb. O və onun Azərbaycan doğumlu şərikləri məşhur Food Citi bazarından erməniləri qovublar. Onların ardınca daha bir milyarder – Araz Ağalarov analoji addım atıb!

İndi də məlum olur ki, Rusiyada, o cümlədən Ukraynada yaşayan azərbaycanlılar ayağa qalxıb, erməni fəallarını, icma rəhbərlərini cəzalandırırlar. Artıq demək mümkündür ki, Los Anselesin və Brüsselin cavabı verilib.

Rusiyada yaşayan həmvətənlərimizdən xahişimiz budur ki, proses zamanı söyüş söyməsinlər, mümkün qədər zorakılıqdan çəkinsinlər, videoya çəkərkən isə etikadan kənar ifadələr işlətməsinlər.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

  • Aktual Xəbər
  • Azərbaycan Həqiqətləri
  • Diaspora
  • Aktual Layihə
  • Aktual TV
  • Aktual Mövqe
  • Sizdən Xəbər

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]