Şuranın dəstəyilə “Mənəviyyat carçısı” adlı sənədli film hazırlanacaq

"Mənəviyyat carçısı" sənədli filminin çəkilişinə başlanılıb.
  • 26/07/2020
  • 15:10

AKTUAL TV xəbər verir ki, film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstək Şurasının 2020-ci il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyi tərəfindən çəkiləcək.

İyulun 16-17 də baş tutan müsahibədə AMEA Rəyasət Heyətinin Vitse-prezidenti İsa Həbibbəyli, AMEA professoru Cəbi Bəhrəmov, AMEA aparıcı elmi işçisi Nigar Axundova, Binəqədi İcra Hakimiyyəti başçısının müavini Ramiz Göyüşov, Millət Vəkili Jalə Əliyeva iştirak ediblər.

Onlar xeyriyyəçiliyin əsasını qoymuş şəxsiyyətlərdən olan Ağa Musa Nağıyevin Azərbaycanda XIX əsrin sonu XX əsrin əvvəllərində iqtisadiyyatın inkişafı uğrunda ilk addımların atılmasında tarixdəki rolu haqqında, həmçinin miras qoyduğu ən böyük əsəri sayılan İsmailiyyə binasının xalqa bu günkü xidmətindən söz açaraq, bu sənət abidəsinin ermənilər tərəfindən yandırılması səbəblərindən danışıblar.

Eləcə də, Nağıyev irsinin Azərbaycanın tarixində yenidən yaşamasında nəvəsi Dilarə Nağıyevanın rolundan bəhs olunub.

Layihə çərçivəsində tarixin qaranlıq və öyrənilməmiş səhifələrindən olan milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəslinin sovet rejimi tərəfindən təzyiqlərə, işgəncələrə, hətta sürgünlərə məruz qalmaları barədə ətraflı və dəqiq faktlar əsasında məlumat veriləcək.

Layihə rəhbəri milyonçunun nəvəsi, yazıçı-publisist Dilarə Nağıyevadır. Filmin ssenari müəllifi və rejissor Etibar Məmmədov, redaktor Büllur Cavadqızıdır.

Qeyd edəkr ki, müsahibələr Pandemiya dövrünə təsadüf  etdiyindən karantin qaydalarına tam riyaət olunub .

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

  • Aktual Xəbər
  • Azərbaycan Həqiqətləri
  • Diaspora
  • Aktual Layihə
  • Aktual TV
  • Aktual Mövqe
  • Sizdən Xəbər

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]