Deputat: “Uğurların nəticəsidir ki, yardım üçün müraciət edən ölkələrin siyahısında Azərbaycanın adı yoxdur”

Koronavirus epidemiyası bu gün dünya iqtisadiyyatı üçün əsas təhdidlərdən birinə çevrilib. “Gözəgörünməz” düşmən qlobal iqtisadiyyatda neqativ meyillərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. COVID-19-un dünyada sürətlə yayılması ölkəmizin iqtisadiyyatından da yan keçməyib.

AKTUAL TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, mart ayından başlayaraq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi, sosial təcrid tədbirləri ölkə iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib:

“Sərhəd tanımayan koronavirus pandemiyası ölkədə iqtisadi aktivliyin zəifləməsinə, qeyri-neft gəlirlərinin azalmasına və digər maliyyələşmə mənbələrinin daralmasına, gəlirlər və xərclər arasında tarazlığın pozulmasına səbəb oldu. 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə Prezident İlham Əliyevin dediyi kimi əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı”.

Deputat qeyd etdi ki, dünyada tüğyan edən virusun ölkəmizin iqtisadiyyatına təsiri, dünya bazarında neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə yenidən baxılmasını zəruri etdi: “Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında birinci oxunuşda qəbul edilən dövlət büdcəsinə dəyişikliklər sosialyönümlü olması ilə diqqəti çəkdi. Pandemiyanın təsirlərinə baxmayaraq, dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Dövlət başçısı İlham Əliyev tərəfindən vaxtında qəbul edilmiş qərarlar iqtisadiyyatda baş verəcək mənfi halların qarşısını alıb. Ötən illərdə sosial-iqtisadi sahədə qazanılan uğurların nəticəsidir ki, bu gün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkənin yardım üçün müraciət etdiyi siyahıda Azərbaycanın adı yoxdur”.

Naqif Həmzəyev son illərdə həyata keçirilən siyasətinin sayəsində vətəndaşların sağlamlığı ilə yanaşı madi-rifah halı da diqqətdə saxlanıldığını bildirdi.

Vurğuladı ki, bövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsaitin ayrılması da əhalinin rifahını yüksəltməyə, sosial müdafiəsini gücləndirməyə hesablanmış addımdır.

Millət vəkili əlavə etdi ki, dövlət büdcəsində edilən dəyişikliklər vətəndaşların mənafeyi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]