“Müğənni neynəməlidir, gedib fəhləlik etməlidir?” – Aşıq Namiq

“Şükür Allaha bəzi müğənnilər kimi kreditlə nə isə almamışam, ağıllı adamam. İnsan gərək sabahanı da düşünsün, ağılla-başla iş görsün”.

AKTUAL TV -nin xəbərinə görə, bu sözləri açıqlamasında aşıq Namiq Fərhadoğlu deyib. O işlərini toy üzərində qurmadığını, başqa gəlirlərinin də olduğunu qeyd edib: “Müəlliməm, tələbələrim var.  Bundan da əlavə gündəlik iki saat efir aparıram, layihələrim var”.

“Maddi sıxıntıları olan müğənnilərə gəlincə N.Fərhadoğlu vurğulayıb ki, Opreativ Qərargah və TƏBİB  sənət adamlarını da fikirləşməlidir: “Onlar da yazıqdır. Təkcə musiqidən anlayır, mahnı oxumağı bacarır. Neynəməlidir? Gedib fəhləlik etməlidir? Ona da  iş yoxdur.  Onlara da  yardım edilməlidir.  Beş-on gündən sonra məhərrəmlik ayı gəlir. Ən azından restoranlar açılsa, müğənnilər karantin olmayan rayonlarda  ailəsi üçün pul qazanar. Oğurluq  etmirlər ki?! Dövlətin tədbirlərində müğənnilər gedib, çıxış edirlər.  İndi də bu  yetim müğənnilər  6-7 aydır işsizdir.  Hətta deyirlər ilin axırına qədər bu vəziyyət  davam edəcək . Bəs neynəməli,  necə dolanmalıdırlar? Aşıq karantin dövründə etdiyi yardımlardan da söz açıb: “Şükür Allaha öz işimi qurmuşam. Karantin dövründə   Gədəbəydə  100, Bakıda 500 nəfər olmaqla ümumillikdə 600 adama  yüksək  səviyyədə yardım göstərdim. “ARB” kanalından da gəlib çəkmişdilər.  Fiziki qüsurlulara, Qarabağ qazilərinə, imkansız  adamlara  “əl uzatdım”.  Bu bayramda da iki qurban kəsdim, 14 ailəyə payladım. İnstaqram da paylaşmışdım ki, ehtiyacı olan on dörd nəfər müraciət etsin. İnanırsız 150 nəfər yazdı. Dedim, vallah on dörd ailəni nəzərdə tutmuşam. İki qoyun idi, amma iki yüz adamın ehtiyacı var idi.  Dövlətimiz də  vətəndaşlara köməklik edir, sağ olsunlar… Heydər Əliyev Fondu nə qədər insana yardım göstərdi. Onu da qeyd edim ki,   “Mollar, Sədərək bazarı, restoranlar açılsa, yaxşı olar. Çünki  biri  qabyuyandır, biri ofisiantdır, digəri kabab bişirir və sair işlərdə çalışanlar var.  Azərbaycanda hər şey restoran  üzərində qurulub”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]