“Bakıda o qədər məzmunsuz adamların adına küçə var ki…”

“Ümumiyyətlə, generalın ətrafında söz-söhbətlərdə, onunla bağlı atılan addımlarda çox həss olmaq lazımdı, onun o kövrək ruhunu incitmək olmaz:

AKTUAL TV -nin məlumatına görə, bunu yazıçı Seyran Səxavət deyib. Yazıçı şəhid general-mayor Polad Həşimovun adına Bakıda küçə verilməsini istəyən anasının fikirlərinə dəstək olduğunu bildirib:

Mən şəhid general-mayor Polad Həşimovun anasının dediyini dəstəkləyirəm. Ümumiyyətlə, generalın ətrafında söz-söhbətlərdə, onunla bağlı atılan addımlarda çox həss olmaq lazımdı, onun o kövrək ruhunu incitmək olmaz. Allah adama qənim olar. Generalın Azərbaycan xalqının ürəyində adına böyük bir xiyaban, müqəddəs, əlçatmaz məqam var. Bakıda o qədər məzmunsuz adamlarına adına küçə var ki, onların ən böyüyünü Poladın adına vermək lazımdır. Adamın vicdanı olar. Vicdan olsaydı, heç Poladın başına o hadisə də gəlməzdi. Beş-on nəfər də vicdanlı adamlar generalın adı uğrunda vuruşmalıdır, necə ki, general erməniyə qarşı vuruşurdu. Poladın adına şəhər də qoysalar, Allah rəhmət eləsin sözündən yuxarı deyil. Kaş o, sağ olaydı, nə küçə, nə də şəhər istəməyəydi. Hətta eşitdim ki, ermənilərdən azad etdiyi posta əsgərlər Poladın adın veriblər, amma o, bunu eşidəndə əsgərlərinə deyib ki, ağlınızı başınıza yığın. Bu cür adamların adını əbədiləşdirmək lazımdır. Bu gün mövsümi kişilər, mövsümi dövlət qalmayacaq. Mövsümi dövlət deyəndə isə Azərbaycandan söhbət getmir”. 

Qeyd edək ki, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova mətbuata açıqlamasında oğlunun adına Bakıda küçə adı verilməsini istəyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]