AKTUAL TV xəbər verir ki, Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə adıçəkilən Qeyri-Hökumət Təşkilatı “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə aid Xocavənd rayonunun Azərbaycanın nəzarətində olan hissəsində yerləşən Nərgiztəpə tarixi-mədəni abidə haqqında”Nərgiztəpə” adlı sənədli filmin çəkilməsi və bununla bağlı təbliğat işlərinin aparılması” layihəsi çərçivəsində eyniadlı sənədli film və bunula bağlı təbliğat işləri aparılması işlərini başa vurur.
Nərgiztəpə sənədli filmində tanınmış alimlər, ekspertlər və ictimai xadimlər fikirlərini bölüşüblər.
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri, layihənin rəhbəri Büllur Məmmədova bildirib ki, hazırda film montaj prossesindədir.


















