Çingiz Qənizadə: “Paşinyan siyasət meydanında əliboş bir adamdır”

Ermənistanın baş naziri Nikol Paşinyanın siyasət səhnəsindəki biabırçılıqları davam edir. Bu dəfə o, Britaniyanın BBC-nin "Hard Talk" proqramında özünü sözün əsl mənasında, rüsvay edib.

Proqramın aparıcısı Stiven Sakur sanki qarşısına Paşinyanı “edam” etməyi qoymuşdu. Paşinyan iyul ayında baş vermiş Tovuz döyüşləri ilə bağlı suala cavabında Azərbaycanı “ilk hücumu etməkdə” ittiham edib. O, daha sonra deyib: “Hər gərginləşmədən sonra beynəlxalq icma hadisənin iki versiyasını dinləyir. Buna görə də təmas xəttində monitorinq sisteminin quraşdırılmasına ehtiyac var”. Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, Paşinyan hesab edir ki, “barışıq Ermənistanın birtərəfli hərəkətləri ilə əldə edilə bilməz”: “Münaqişəni güc yolu ilə həll etməyə çalışan Azərbaycandır”. Paşinyanın acınacaqlı duruma düşməsi, eyni zamanda ingilis dilini pis  bilməsi, kəsərli suallar qarşısında mövqeyinin zəif olmasından irəli gəlir. Müsahibə Paşinyanın hələ siyasətçi kimi formalaşmadığını, təcrübəsiz və səriştəsiz olduğunu göstərdi. Bir sözlə, Paşinyan Münhen konfransındakı biabırçılığı daha kəskin formada təkrarladı. Jurnalistin qarşısında aciz duruma düşən Paşinyan, görəsən dövlət və hökumət başçıları ilə  ikitərəfli və çoxtərəfli danışıqlar formatında hansı biabırçı vəziyyətə düşür? Baş verənləri “Sherg.az”a dəyərləndirən sabiq millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadənin fikrincə, Paşinyanın BBC telekanalına müsahibəsi bir daha göstərdi ki, meydanlarda narıncı inqilab vasitəsilə hakimiyyətə gələn bu şəxs olduqca cılız, savadsız və siyasət meydanında əliboş bir adamdır.

Hüquq müdafiəçisi bildirib ki, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda baş verən hadisələr, xalqın düşdüyü acı durum onun yalançı vədlər verməsindən irəli gəlir: “Paşinyanın ağlı başında olsaydı, BBC kimi tanınmış telekanala müsahibə verməkdən imtina edərdi. Çünki bilməliydi ki, hansısa suallarla üzləşəcək. Amma görünür özünə o qədər vurğundur ki, onun dünyada sərsəm siyasətçi olmasını hamı gördüyü halda, o yenə də özündən razı olaraq telekanala müsahibə verir və biabır olur. Paşinyan son vaxtlar Azırbaycanı ciddi müharibə bəyənatları veməkdə və təcavüzdə günahlandırır. Bu adam başa düşmür ki, bütün beynəlxalq hüquq normaları, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar, BMT kimi bir qurumun 4 qətnaməsi məhz Ermənistanın təcavüzkar olması ilə bağlıdır. Belə bir anda o BBC kimi bir kanalı aldatmaqla dünya ictimaiyyətini də aldatmağa çalışır”.

Ç.Qənizadə vurğulayıb ki, Paşinyanın nəinki siyasi fəaliyyətində, həmçinin psixikaasında pozuntular var: “Jurnalistin “siz Dağlıq Qarabağa səfərləriniz zamanı təxribatçı bəyənatlar verib hadisələri daha da gərginləşdirirsiz?” sualı zamanı Paşinyan bu sullardan yayınır. Paşinyan bu suala cavab verməkdənsə, min illik tarixi olan Dağlıq Qarabağın Ermənistanın olması ilə bağlı özünün təxəyyülünə uyğun olan saxta məlumatları jurnalistə çatdırmaq istəyir.

Aparıcı Stiven Sakur Zəngilan, Qubadlı, Xocavənd rayonunu keçməklə Ermənistana yol çəkilməsi ilə bağlı məsələyə münasibət bildirdi. Eyni zamanda Paşinyana çatdırır ki, Avropa Parlamenti bunun əleyhinə olan tənqidi bəyənatla çıxış edib. Bu zaman sərsəm siyasətçi olan Paşinyan deyir ki, bu yolu Ermənistan yox “Dağlıq Qarabağ Respublikası” öz vətəndaşları üçün inşa edir. Bir ölkənin rəhbəri hətta Ermənistanın tanımadığı “Dağlıq Qarabağ Respublikası”nı “Respublika” kimi qeyd edir.

Və bu “Respublika”nın öz vətəndaşları deyə guya orada yaşayanların hansısa vətəndaşlıq hüququnun olduğu bildirir. “Dağlıq Qarabağ Respublikası” bunu inşa edir adıya sualdan yayınması Paşinyanı yenə də gülünc vəziyyətə salır. Dağlıq Qarabağ Respublikasında yaşayan azacıq sayda insanlar bu gün o qədər kasıb durumdadırlar ki, hətta çörək qazanmağa imkanları yoxdur. Belə bir halda onlar bu yolun inşasını hansı formada həyata keçirə bilərlər?

Paşinyan jurnalistin “Ermənistan ordusu insan haqlarının pozulması ilə bağlı bir neçə hərbi hərbi cinayətlər törədib. Bunun üçün üzr istəməyə hazırsınızmı?” sualında bunu iddia etməyə çalışır ki, hərbi cinayətlər sübuta yetirilməyib, hər iki tərəf münaqişənin qurbanıdır. O, belə fikirlər söyləməklə yenə də həm özünü qurban kimi göstərməyə çalışır, həmdə hər iki tərəfin razılaşması ilə məsələnin həlli mümkünlüyü deyir”.

Hüquq müdafiəçisinin fikrincə, suallara cavab verməsə belə, Paşinyanın hər bir sualdan yayınması onun məğlubiyyəti, beynəlxalq cəmiyyəti aldatmasına yönələn hərəkətlərinin bir daha sübutudur:

“Çox sevindim ki, BBC kimi telekanal məhz bu cür “siyasətçini” və küçələrdə hay-küylə hakimiyyətə gəlmiş birisini öz dili ilə ifşa edən müsahibəni götürməyə nail oldu”.

Ç.Qənizadə vurğulayıb ki, Paşinyanın ilk dəfə deyil ki, belə mötəbər tədbirlərdə və çəkilişlərdə biabır olur:

“Cənab Prezident İlham Əliyevin iştirakı ilə Valdayda, Təhlükəsizlik Konfransında və digər tədbirlərdə Paşinyan cılız və yalançı bir siyasətçi olmasını həmişə büruzə verib. Hər tədbirdən qayıdandan sonra Ermənistanın müxalifət yönlü təşkilatları və mətbuatı Paşinyanı cılız duruma düşdüyü üçün tənqid edirlər. Hesab edirəm ki, bu müsahibədən sonra Paşinyanı “sevənlərin” sayı Ermənistanda artacaq”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]