“Azərbaycan və azərbaycan xalqı naminə birləşməli, tarixin qarşımıza cıxardığı növbəti şansı dəyərləndirməliyik…”-BAHAR MURADOVA

Artıq erməni xalqını yüz illərlə tarix yaradan və elə buna görə də digər xalqların mədəniyyətinə və ərazilərinə sahiblənmək ücün ” haqlı” olduğuna inandıraraq öz təcavüzkar planlarına şərik edən Ermənistan “liderləri” beynəlxalq miqyasda tamamilə iflasa uğramaqdadır.

Bunun sübutu kimi Təkcə zahirən “demokrat”, sələflərindən faşist mahiyyətinə görə isə bir az da qabağa gedən başabəla baş nazir Paşinyanın özü və təmsil etdiyi elektoratın taleyi ücün həqiqətən də ağır nəricələr verən ” Hard Talk” verilişində üzləşdiyi fiasko hamının gözü qarşısında qaranlıq dairələrin maliyyə və siyasi dəstəyi ilə süni şəkildə yaradılmış “sülhpərvər imicin ” necə yerlə bir olduğunu söyləmək kifayətdir.

Ermənistan ücün bəla burasındadır ki, Sülh prosesini “xırda inqilablarla” irəliyə aparmaq kimi bir qabiliyyətinin olduğuna özünü, sahiblərini və tərəfdarlarını müvəqqəti inandırmaqla kücə hərəkatı liderliyindən baş nazir postuna yerini dəyişməyə müvəffəq olan, bununla da binəva erməni xalqını daha artıq iqtisadi,sosial və hərbi-siyasi burulğanlar girdabına məhkum etdiyini hətta anlamaq qabiliyyətindən məhrum olan bu üzdəniraq “yalancı tarix ” müəllimi bir jurnalistin imtahanından kəsilərək necə bir acınacaqlı vəziyyətə düşdüyünü dərk etmək iqtidarında da deyildir.

Əsl tarixi həqiqətlər, düşünülmüş, məqsədyönlü və ədalətə söykənən siyasət, həmcinin dünyada gedən və zamanın qarşıya cıxardığı sürpriz və proqnoslaşdırılması mümkün olnayan gözlənizməzliklər nəticəsində vəziyyətin Azərbaycan ücün uğurlu və məntiqi sonluğa doğru irəlilədiyini indi hər kəs müşahidə etməkdədir.

Odur ki, hər birimiz və hamımız bir nəfər kimi bütün imkan və resurslarımızı səfərbər etməli, bütün şəxsi və qrup maraqlarımızı unudaraq yalnız milli dövlət, milli maraq, deməli, Azərbaycan və azərbaycan xalqı naminə birləşməli, tarixin qarşımıza cıxardığı növbəti şansı dəyərləndirməliyik.

Bahar MURADOVA,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]