“Bundan sonra bütün yas mərasimlərinə tacla gedəcəm” – Elza

"Space" telekanalında yayımlanan "Gəl, dərdini danış" proqramında Əməkdar artist Elza Seyidcahanın Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə tac taxıb getməsi müzakirəyə qoyulub.

AKTUAL TV xəbər verir ki, müğənni çəkilişdən birbaşa ora getdiyini söyləyib. Proqramda yer alanlar Seyidcahanı tənqid etməyə başlayıblar.

Müğənni özünə “Tacımın daşları qara idi. Dəfndə olmağı özümə borc bildim. Çəkilişdə idim, gecikirdim. Ordan da çəkilişə yollanacaqdım. Fikirləşdim ki, tacımın qaşları qaradı, ayıb deyil. İngiltərə krallığında bütün mərasimlərdə hamı başına şlyapa, tac qoyur. Həci xanımlar yasa gedəndə qaşlı, zərli hicab bağlayır. Gedib tacla Rafael Dadaşovun cənazəsinin başında oturdum. Özümə dedim ki, onun nəsli tarixə düşüb. Onlar taca layiq nəsildir. Bu mənim kübarlığım idi” sözləri ilə haqq qazandırmağa çalışıb.

E.Seyidcahan fikirlərinə etiraz edənlərə sərt cavab verib:

“Bu gün bunu qəbul etmirsiz, amma illər keçəndə görəcəksiniz. Bundan sonra bütün yas mərasimlərinə tacla gedəcəm. Dahilər hər zaman qınanılır. Siz mənim tacla yasa getməyimi tərifləməlisiniz, alqışlamalısınız”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]