TANINMIŞ BƏSTƏKARIN BÜTÖV AZƏRBAYCAN HƏSRƏTİ

AMİA.AZ saytına eksklüziv müsahibəsində tanınmış bəstəkar, bütöv türk dünyasının sevimlisi Sevinc Tofiqqızının yeni bir uğuru haqqında söhbət açdıq.

AKTUAL TV xəbər verir ki, GünAz TV-nin Bakı ofisinin məsul nümayəndəsi Araz Obalı ilə apardığı Azərbaycanla bağlı söhbətlərdən ilhamlanaraq “Arazın dərdi var” adlı kompozisiyanı ərsəyə gətirən Sevinc xanımın bu dəyərli əsəri elə ilk dəfə də GünAz TV-nin efirində “Baxmağa nə var” verilişində işıq üzü görüb.

Güney və Quzey Azərbaycanın ayrılığından doğan kədər, iztirab, eləcə də Arazın hər iki tayında olan azərbaycanlıların çəpərlərin götürüləcəyi, qovuşacaqları günə olan ümidini əks etdirən bu kompozisiyanın sözləri publisist, yazıçı, şair, AYB və AJB-nin üzvi “Qızıl qələm” və “Həsən bəy Zərdabi” adına media mükafatı laureatı Əli Vəlioğluna məxsusdur. Əsər əməkdar artist Azad Şükürov tərəfindən səsləndirilmişdir.

Bütün türk dünyasının sevimlisinə çevrilən xarici və daxili gözəlliyi özündə birləşdirən Sevinc xanıma daha böyük uğurlar arzu edirik.

TANINMIŞ BƏSTƏKARIN BÜTÖV AZƏRBAYCAN HƏSRƏTİ
TANINMIŞ BƏSTƏKARIN BÜTÖV AZƏRBAYCAN HƏSRƏTİ
TANINMIŞ BƏSTƏKARIN BÜTÖV AZƏRBAYCAN HƏSRƏTİ

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]