Fədayə Laçın DANIŞDI

Xəbər verdiyimiz kimi müğənni Fədayə Laçın bir müddətdir ki, Moskvadadır. Müğənninin hətta birdəfəlik olaraq Rusiyada yaşamağa qərar verdiyi bildirilir.

AKTUAL TV -nin xəbərinə görə, Fədayə Laçın bu məsələlərə aydınlıq gətirib və mart ayından Moskvada yaşadığını bildirib:

“Mənim Moskvada bu qədər qalmaq fikrim yox idi. Bura Novruz bayramı konsertinə gəlmişdim. Sonra yollar bağlandı və burda qalmalı oldum. Karantin olduğuna görə hamı kimi mənim də çətinliklərim oldu. Sonra karantin bitdi, iş yerləri açıldı, toylara icazə verildi. Bir sözlə, hər şey qaydasına düşdü. Təbii ki, mən də toylara dəvət aldım. Millətimiz sağ olsun, burda məni çox böyük hörmətlə qarşıladılar. Mən deyərdim ki, bütün azərbaycanlılar mənə dəstək oldular”.

Müğənni bir müddət Moskvada yaşayıb sənətini davam etdirəcəyini, amma sonra vətənə qayıdacağını bildirib:

“Hələlik fikrim budur ki, Moskvada qalıb sənətimi burda davam etdirim. Amma bu müvəqqətidir. Yollar açılsın, Allahın izni ilə Azərbaycanda da hər şey qadasına düşsün əlbəttə, gələcəm. Heç Azərbaycandakı sevənlərimi Fədayəsiz qoyarammı? Amma hələ ki, burdayam və hər şey yaxşıdır. Çox şükür”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]