“Bilirəm mən indi maraqsızam sizə…” – Renka

"Bilirəm mən indi maraqsızam sizə, maraqsız şəkillərimlə, ağlamağımla".

 AKTUAL TV  xəbər verir ki, bunu bir neçə ay öncə atasını koronavirusdan itirən rəqqasə Renka “İnstagram” səhifəsində yazıb.

“Hamı deyir, pozitiv ol, ruhdan düşmə. Amma demək istəyirəm ki, mən həmişə düzünü deyən olmuşam. Pisəmsə, deyirəm pisəm, gülmüşəm, yaxşıyamsa, deyirəm, yaxşıyam. Ona görə mənim izləyicilərim yanımdadırlar, dəstək olurlar. Mən maska geyinmirəm və geyinən deyiləm, yalandan gülən deyiləm”.

Rəqqasə izləyicilərinə yaşadıqları hər dəqiqəni dəyərləndirməyi məsləhət görüb. “Boş-boş adamlara vaxtınızı itirməyin. Sevmədiyiniz işlə məşğul olmayın, sevmədiyiniz insanla yaşamayın, hər dəqiqə Allaha şükr edin. Həyat 5 günlükdür, kef edim, yaşayım yox, həyat 3 günlükdür; dünən, bu gün və sabah. Çalışın onu düzgün yaşayın ki, sonradan peşman olmayasınız.

Bir həftənin içərisində həyatım alt-üst oldu. İndi təzədən qalxmaq, ayağa durmaq, sizcə, belə asandır? Yox. Hamı deyir, güclüsən, yox, mən çox zəifəm. Çox xahiş edirəm, əgər mənim yazdıqlarımı oxudunuzsa, durun atanızın yanağından öpün, sadəcə qucaqlayın ki, o, sevgini hiss etsin. Allah qorusun bütün valideynləri və balaları. Nə olar, axşamlar dua edək ki, bu virus, bəla bitsin, heç kim xəstələnməsin. Dəstəyinizə görə hamınızı öpürəm. Yaxşı ki varsınız”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]