Prezident Fərhad Əhmədovla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Fərhad Teymur oğlu Əhmədov “Dostluq” ordeni ilə təltif edilib.

AKTUAL TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Fərhad Əhmədov 15 sentyabr 1955-ci ildə Göyçay rayonunda anadan olub. Azərbaycan əsilli rusiyalı milyarderin dünən 65 yaşı tamam olub.

F.Əhmədov Azərbaycan prezidentinin onu bu yüksək dövlət mükafatı ilə təltif etməsinə görə minnətdarlıq və təşəkkürlərini ifadə edib:

“Mən prezident İlham Əliyevə bu yüksək mükafata, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafındakı rolumu qiymətləndirdiyinə görə təşəkkür edirəm. Bu, mənim üçün indiyədək layiq görüldüyüm ən yüksək mükafatlardan biridir”,-biznesmen bildirib.

Ötən gün sentyabrın 15-də F.Əhmədovun 65 yaşı tamam olub və Azərbaycan prezidentinin onu təltif etməsi də görünür bu yubileylə əlaqəlidir.

AKTUAL TV qeyd edir ki, Fərhad Əhmədov həm iş adamı, həm Azərbaycan əsilli ilk Rusiya senatoru olaraq iki ölkə arasındakı əlaqələrin inkişafında fəal rol oynayıb. O, 2004-cü ildə Krasnodar vilayətini  Rusiya Federasiya Şurasında təmsil etməyə başlayıb, parlamentin yuxarı palatasının hüquqi məsələlər komitəsinin sədri olub. 2007-2010-cu illərdə isə Yamal-Nen Muxtar Vilayətini  Federasiya Şurasında təmsil edib. Həmin illərdə o, həm də Avropa Şurası Parlament Assambleyasındakı Rusiya nümayəndə heyətinin üzvü olub. F.Əhmədov AŞPA üzvü olaraq da Rusiya ilə Azərbaycan arasında parlamentlərarası əməkdaşlığın inkişafında xidmətlərə malikdir.

F.Əhmədovun bir neçə il əvvəl Türkiyə ilə Rusiya arasında yaranmış gərginliyin aradan qaldırılmasındakı rolu barədə də mətbuat artıq yazıb. Həmin vaxt Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu bildirmişdi ki, Rusiya təyyarəsinin vurulmasına görə yaranmış gərginliyin aradan qaldırılmasında Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə yanaşı iş adamı Fərhad Əhmədovun da rolu olub.

Hazırda F.Əhmədov Azərbaycanda bizneslə və geniş xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]