“Bu şəhərdə”yə təzyiq olub?

“Bu şəhərdə” prodakşn son günlər iddialı parodiyaları ilə gündəmə gəlir.

Onlar karantin dövründə daha çox siyasi aləmə üstünlük verməyi, tanınmış siyasətçiləri təqlid etməyi seçib. Hər zaman yumoristik tamaşalarla sevənlərini güldürən “Bu şəhərdə” kollektivi bu dəfə satiranı işə salıb.  Günümüzdə müzakirələrə səbəb olan siyasi xadimlər onların səhnə mövzusuna çevrilib. Onların sırasında Siyavuş Novruzov, Elmar Məmmədyarov kimi siyasətçilərlə yanaşı Əməkdar jurnalist Mirşahin Ağayev də var.

Bəs, görəsən, həmin şəxslər tənqidi parodiyalara necə reaksiya verir? Sözügedən səhnələrə görə “Bu şəhərdə” kollektivinə təzyiqlər olurmu?

Suallarımıza cavab tapmaq məqsədilə Əməkdar artist Coşqun Rəhimovla əlaqə saxladıq. Məsələ ilə bağlı AKTUAL TV -yə danışan aktyor heç bir təzyiqin olmadığını söyləyib: “Axı biz təhqirə keçmirik, sadəcə parodiya edirik. Hərə öz mövqeyini göstərir”.

Coşqun bəy həmçinin səhnələrin normal qarşılandığını da vurğulayıb:

“Həqiqi şərhdirsə, normal qarşılanmalıdır”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]