Jurnalistdən Tofiq Yaqublu ilə bağlı açıqlama: “Aclıq etməklə kiminsə barəsindəki hökm ləğv edilə bilməz”

"Əgər Tofiq Yaqublunun həyatının və səhhətinin qorunmasında maraqlıyıqsa, onu aclığı dayandırmağa çağırmaq lazımdır. Hamılıqla. Ailə üzvləri də daxil olmaqla. "Kişi adamsan", "Adam ac olar, kişi olar", "Halal olsun, əsl mübarizdir" kimi yaramaz patetika kənara qoyulmalıdır. İndiki trend tərsinə çevrilməlidir. Hamı "#azadet" yox, "#aclığıdayandır" ruhlu həştəqlərlə paylaşım etməlidir".

AKTUAL TV -nin xəbərinə görə, bunu jurnalist Vüsal Məmmədov deyib.

V.Məmmədov bildirib ki, başqa yol yoxdur: “Ortada məhkəmə hökmü varsa, o hökm ancaq apellyasiya yolu ilə dəyişdirilə bilər. Feysbuk həştəqi ilə, aclıq etməklə kiminsə barəsindəki hökm ləğv edilə bilməz. Bunu əlbəttə, hamı dərk edir. Amma deyəsən, çoxları Tofiq Yaqublunun sağlamlığında və azadlığında yox, məhz ölümündə maraqlıdırlar. Çünki onda Azərbaycan hakimiyyətini ittiham etmək üçün dəhşətli əsas tapılacaq: “Müxalifətçi zindanda aclıqdan həlak oldu”. Ona “dəstək” verənlər “Atamı öldürdüm ki, qəbrinə and içim” prinsipilə hərəkət edirlər. Belə olmaz. Çəkinmək, susmaq lazım deyil. Cəmiyyətdə nüfuzu olan, olmayan hər kəs mənasız aclığı dayandırıb, mübarizəsini apellyasiya məhkəməsində davam etdirmək üçün Tofiq Yaqubluya müraciət etməlidir. İndiki vəziyyətdə hakimiyyətin edə biləcəyi heç nə yoxdur. Tofiq Yaqublunu azad erməyin bir mexanizmi olmalıdır. Bu mexanizm olmadıqca, bütün tələblər dövləti şantaj cəhdi kimi çıxır. Həmin mexanizm isə Apellyasiya məhkəməsidir. Taktikanı dərhal dəyişmək lazımdır”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]