Deputat: “Dövlət büdcəsi talan olunub, heç kim heç nə demir”

Mütəfəkkirlərdən birinin çox sevdiyim sözü var: “Dünyada iki cür oğru var. Polis birinciləri müdafiə edir, ikinciləri isə qoruyur”.

Birincilər, bir tikə çörək üçün buna məcbur olanlar, ikincilər pula “pul” dəyməyən vəzifəli şəxslər, məmurlardır. Onlar, doğrudan da, pula “pul” demirlər. Əks halda milyonlarla qiyməti olan saat taxmaz, qalstuk almaz, ətirdən istifadə etməz, falçıya verməzlər. Təsadüfi deyil ki, onlar pul gəzdirmirlər. Onsuz da bir aksesuarlarının külli miqdarda qiymətləri var. “Sağlıq”larına qismət! Bəs bu pulları hardan alırlar?! Yəni bu qədər zəhmətkeşdirlər ki, səhərdən axşamadək, nəfəs dərmədən işləsinlər?! İnandırıcı deyil. Deməli, necə deyərlər, bu işdə bir mübhəm məqam var.

Pulu, az qala, göyə sovuran məmurlar barədə danışan millət vəkili Tahir Kərimli onların gec-tez məsuliyyətə cəlb olunacağını düşünür:

“Etiraf edək ki, müstəqil dövlət quruculuğu sistem dəyişikliyindən başlayır. Belə sistem dəyişikliyi vaxtı ilə bizdə də oldu-sosializmdən kapitalizmə keçdik. Beləliklə, haram yolla kapitallar yığıldı və bu işin başında vəzifə sahibləri durdu.

Ümumiyyətlə, dünyanın heç bir ölkəsində ilkin kapital halal olmayıb. Rok Feller deyirmiş ki, birinci bir milyonumun hardan gəldiyini soruşmayın, amma qalanlarının hesabatını verərəm.

Dediyim kimi, bizdə də həmin kapital məmurların əlində toplandı və qohum-əqrəbaları, yaxınları da bundan istifadə etdilər. Beləliklə, dövlət büdcəsi talan olundu. Heç kim heç nə demir. Amma heç olmasa, mülklərinin vergilərini ödəyib, haram mallarını halallaşdırsınlar.

Onların böyük əksəriyyəti bunu etmir. Fikrimcə, korrupsiya ilə mübarizə istiqamətində islahatlar güclənməlidir. Belə olsa, həmin məmurlar bir-bir məsuliyyətə cəlb ediləcəklər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]