Pakistan XİN: “Qardaş Azərbaycanın yanındayıq”

“Pakistan qardaş Azərbaycan xalqını dəstəkləyir və onun özünümüdafiə haqqını tanıyır”.

AKTUAL TV xəbər verir ki, bunu Pakistanın Xarici İşlər Nazirliyi açıqlayıb.

“Pakistan Dağlıq Qarabağ bölgəsində vəziyyətin pisləşməsindən çox narahatdır. Pakistan Ermənistan qüvvələrinin həftəsonu Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini mülki əhalisini intensiv atəşə tutmasını qınayır. Bu, bütün bölgənin dincliyini və təhlükəsizliyini poza bilər.

Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatını dayandırmalıdır. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik və bu, yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur”, – açıqlamada vurğulanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]