“Palmali” şirkəti: Azovda qəzaya uğrayan “General Həzi Aslanov” tankeri bizə məxsus deyil

Bu gün Azov dənizində Rusiya bayrağı altında üzən “General Həzi Aslanov” neft tankerində güclü yanğın və iki partlayış olub. Axtarış-xilasetmə işləri nəticəsində gəmi heyətinin 10 ekipaj üzvü xilas edilib, üç nəfərin xilas edilməsi üçün işlər isə davam etdirilir.

AKTUAL TV xəbər verir ki, “General Həzi Aslanov” neft tankerinin “Palmali” şirkətinə məxsus olması ilə bağlı xəbərlərə gəlincə, bildiririk ki, həmin gəminin tikilməsi və suya endirilməsini “Palmali” şirkəti tərəfindən həyata keçirmişdi. Lakin sonradan Rusiya məhkəməsinin qərarı ilə bir neçə gəmi, o cümlədən “General Həzi Aslanov” neft tankeri Rusiyanın “Sberbankına” verilmiş, daha sonra isə “Sberbank” həmin gəmini satın almışdır. Bu səbəbdən Rusiya bayrağı altında üzən “General Həzi Aslanov” gəmisi “Palmali” adını daşısa da, artıq uzun müddətdir ki, Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali” şirkətinə məxsus deyil və bu gəminin işlədilməsi də “Palmaliyə” aid deyil. “Palmali” şirkətinin aldığı son məlumata görə, gəminin heyət üzvləri tamamilə Rusiya vətəndaşlarından ibarətdir.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2020 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]