Tanınmış dizayner Azərbaycan Ordusunun azadetmə missiyasının şərəfinə kolleksiya təqdim edib

Tanınmış dizayner Gülnarə Xəlilova şanlı Azərbaycan Ordusunun azadetmə missiyası və Azərbaycan-İran sərhədi üzərində tam nəzarətin bərpa edilməsi şərəfinə şifrondan hazırlanmış şərf kolleksiyasını təqdim edib.

 AKTUAL TV xəbər ki, bu barədə danışan Gülnarə Xəlilova xalqımızın sevincli günlər yaşadığını deyib: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında möhkəm birləşmiş xalqımız və rəşadətli Ordumuz torpaqlarımızı erməni faşistlərindən azad edir. Azad edilmiş şəhər və kəndlər arasında mənim valideynlərim üçün doğma Cəbrayılın olmasını qeyd etmək fərəhlidir. Ötən gün isə növbəti xoş xəbər aldıq ki, Azərbaycan və İran sərhədi üzərində tam nəzarət bərqərar edilib. Qəhrəmanlarımıza eşq olsun! Allah şəhidlərimizə rəhmət eləsin!”.

Şərf nümayişində Qarabağ müharibəsi qazisi, ikiqat Paralimpiya çempionu, Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev, Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov və başqaları iştirak ediblər.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]