Fransada türklər və ermənilər arasında qarşıdurma

Ermənistana dəstək nümayişləri səbəbindən Fransanın Lion şəhərində magistral yol bağlanıb, erməni və türk qrupları arasında qarşıdurma yaşanıb.

AKTUAL TV “Euronews”a istinadən xəbər verir ki, hadisə yerində olan türk və erməni qrupları arasında baş verən toqquşmada ən az iki nəfər yaralanıb.

Yerli mətbuata görə, 16 yaşlı bir nəfər bıçaqla, 23 yaşlı bir nəfər isə çəkic zərbəsi ilə yaralanıb. Nümayişin keçirildiyi bölgəyə çoxlu sayda təcili yardım cəlb olunub, yaralılar xəstəxanaya aparılıb.

Lion və Marsel şəhərlərini birləşdirən magistral yolda baş verən nümayiş nəqliyyatın səhər saatlarından ikitərəfli olaraq kəsilməsinə səbəb olub, kilometrlərlə tıxac yaranıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]